Qurban bayramı ərəfəsində, “Nargis” Fondu tərəfindən xeyriyyə aksiyası keçirildi.

Əziz dostlar! Qurban bayramı ərəfəsində “Nargis” Fondu tərəfindən xeyriyyə aksiyası keçirildi. Aksiya çərçivəsində Bakı və Bakı ətrafı qəsəbələrdə yaşayan 70 aztəminatlı ailə bir aylıq ərzaq məhsulları ilə təmin edildi.
Layihə “Bakı Beynəlxalq Dəniz Ticarət Liman”-nın və anonim xeyriyyəçimizin sponsorluğu və “Yango”-nun təşkilati dəstəyi ilə həyata keçirildi.

Allah bütün edilən duaları, kəsilən qurbanları, xoş niyyətləri və yardımları qəbul etsin!
Müqəddəs Qurban Bayramınız Mübarək!