Əziz dostlar! Bildiyiniz kimi, 1 dekabr 2022-ci il tarixindən 15 yanvarın 2023-cü il tarixinədək «Nargis» Fondu tərəfindən ənənəvi olaraq Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçirildi. Qürur hissi ilə xeyriyyə yarmarkasının hesabatını diqqətinizə çatdırırıq. Sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımlar və yarmarkada evlərin satışı nəticəsində müalicə və əməliyyat xərcləri tam qarşılanmış ağır xəstəliklərdən əziyyət çəkən uşaqların siyahısını təqdim edirik. Uşaqların müalicə və əməliyyat xərcləri 864.870 AZN təşkil etdi. 2022/2023 “Soyuq əllər,isti ürək” xeyriyyə yarmarkası çərçivəsində müalicə və əməliyyat olunan körpələr:
- Yusif Həsrətli – 83 000 USD
- Arif Əhmədov – 83 000 USD
- Əhmədhilmi Məcidli – 83 000 USD
- Nihad İsmayılzadə – 83 000 USD
- Ruhin İlmanov – 83 000 USD
- V.Q. – 83 000 USD
- Səbinə Məmmədli – 10.000 USD
Bu xeyirxah işin ərsəyə gətirilməsində bizə dəstək olan sponsorlarımıza, iştirakçılarımıza , eləcə də qonaqlarımıza dərin minnətdarlığımızı bildiririk!