Əziz dostlar! Bildiyiniz kimi, 1 may 2023-ci il tarixindən 15 iyun tarixinədək «Nargis» Fondu tərəfindən Fəvvarələr meydanında “YayLand Fest” xeyriyyə yarmarkası keçirildi. Qürur hissi ilə xeyriyyə yarmarkasının hesabatını diqqətinizə çatdırırıq!
Sponsorların, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi və yarmarkada evlərin kirayəsi nəticəsində müalicə və əməliyyat xərcləri tam qarşılanmış ağır xəstəliklərdən əziyyət çəkən uşaqların siyahısını təqdim edirik. Uşaqların müalicə və əməliyyat xərcləri 615.031 AZN təşkil etdi.
Növbəti paylaşımda siyahıdakı hər bir uşaqla bağlı ətraflı hesabat və sənədləri təqdim edəcəyik. Uşaqlara dəstək olmuş hər bir quruma və hər bir şəxsə dərin minnətdarlığımızı bildiririk!