Yarmarkalar 02/01/25

Bizim hörmətli sponsor və tərəfdaşlar!

Əziz dostlar! Hər il olduğu kimi, “Soyuq Əllər, İsti Ürək” yarmarkasının sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Qürur və sevinc hissi ilə sizi builki yarmarkanın sponsorları, tərəfdaşları və iştirkaçıları ilə tanış etmək istəyirik.

Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, “Azərişıq” ASC, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, Paşa Holdinq Təhlükəsizlik Xidməti, “E-Point”, “HazırCavab” və “Bakı Strafor Kəsim” MMC-dir.

“Soyuq Əllər, İsti Ürək” 2023-2024 xeyriyyə yarmarkası sponsorlar “PAŞA Holding”, “Azercell”, “Coca-Cola”, “Birbank”, “R GROUP HOLDING”, “Haribo”, “Ozmo”, “Tess”, “Lay’s”, “Nesquik”, “Pampers”, “Eat Me”, “Chocolatier”, “Fetty Cheese”, “Vyana Şokolad Evi”, “Xırta Xırt”“CornDogs”, “Atabey Ciğ Köfte” şirkətlərinin əvəzolunmaz dəstəyi ilə keçirilir.

”Nargis” Fondu hər bir sponsor, tərəfdaş və iştirakçıya dərin minnətdarlığını bildirir və uğurlar arzulayır!