Əziz dostlar! Qürurla “Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2025 xeyriyyə yarmarkasının hesabatını sizlərə təqdim edirik.
“Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2025 xeyriyyə yarmarkasının sponsorları, mesenatları, birbaşa Fond rəhbərliyinin dəstəyi və yarmarkada yerləşən evlərin satışından əldə olunan gəlir - 423.500 AZN təşkil etmişdir. Bu məbləğ ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərcləri üçün istifadə edilmişdir. Siyahıdakı uşaqlarla bağlı ətraflı hesabat və sənədlər yaxın zamanlarda təqdim olunacaq.
Bütün təşkilatlara və fərdi dəstəkçilərə, eləcə də yarmarka qonaqlarımıza göstərdikləri kömək və dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Birlikdə daha çox uşağa ümid bəxş etməyə davam edəcəyik!