Əziz dostlar! Bildiyiniz kimi, bir müddət öncə ”Nargis” fondun təşkilatı ilə Fəvvarələr meydanında Novruz bayramı münasibətilə bahar yarmarkası təşkil olundu. “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkası cari ilin mart ayının 15-dən aprel ayının 15-dək davam etdi. Ənənəyə sadiq qalaraq, bu dəfə də yarmarkamızın əsas məqsədi yardıma ehtiyac duyan uşaqlara dəstək olmaq idi. Böyül bir fərəh hissi ilə bildirmək istədik ki, sizin dəstəyinizlə biz bu işin öhdəsindən uğurla başa gəldik! 2019-cu il bahar xeyriyyə yarmarkamızdan anadangəlmə eşitmə qüsurlu 6 körpənin müalicəsi üçün toplanan ümumi məbləğ 200.043 AZN təşkil edir. Bir daha onların adlarını yadınıza salmaq istərdik; Kübra Əmiraslanova, Cavid Dəmirli, Sunay Hüseynli, Nihad Əhmədli, Beyrək Hüseynzadə və Əli Həsənli. Bu xeyirxah işdə bizə yardım edən hər kəsə,eləcə də anonim sponsorlarımıza dərin minnətdarlığımızı bildiririk!