Yarmarkalar 15/08/24

“Soyuq Əllər, İsti Ürək” 2024-2025 xeyriyyə yarmarkasında iştirak üçün ərizə qəbulu

“Soyuq Əllər, İsti Ürək” 2024-2025 xeyriyyə yarmarkasında iştirak üçün ərizə qəbulu AÇIQ elan edilir!

Yarmarka iştirakçılarından biri olmaq üçün Siz:

1. Nargis Fondunun nümayəndələri ilə əlaqə saxlamalı : +(994 12) 404 23 03;
2. Brendiniz və məhsulunuz haqqında ətraflı məlumat verməli;
3.Daha sonra qeyd etdiyiniz əlaqə nömrəsinə gələn anketi cavablayıb, geri göndərməlisiniz.


DİQQƏT: Whatsapp vasitəsilə Fondun nümayəndələri ilə əlaqə saxlamayın, əks halda müraciətinizə baxılmayacaq.

Yarmarka 15 dekabr 2024-cü il tarixindən 15 yanvar 2025-ci il tarixinədək Fəvvarələr Meydanında hər gün saat 11:00-dan 23:00-dək təşkil olunacaq.

Yarmarkada iştirak etməklə siz nəinki əfsanəvi qış nağılının parçası olursunuz, həm də uşaqlara əsl möcüzə bəxş edirsiniz.
Qeyd edək ki, məhz 2013-cü ildən keçirilən “Soyuq Əllər, İsti Ürək” yarmarkası sayəsində Azərbaycanın müxtəlif bölgələrində yaşayan və ağır xəstəliklərlə mübarizə aparan uşaqlar toplanan vəsait hesabına öz sağlamlıqlarına qovuşmuşlar. Hər bir yarmarkanın maliyyə hesabatları və nəticələri haqqında ətraflı məlumatı Fondun rəsmi internet səhifəsində və sosial şəbəkələrdən əldə edə bilərsiz.