Yarmarkalar 23/01/26

“Soyuq Əllər, İsti Ürək” 2025/26 - hesabat

Hörmətli dostlar!
Hər il ənənəvi olaraq təşkil etdiyimiz “Soyuq Əllər, İsti Ürək” Yeni İl Xeyriyyə Yarmarkası 2025–2026 mövsümü də uğurla sona çatdı.

“Nargis” Fondu olaraq, dəstəkçilərimizin, sponsorlarımızın və Fond rəhbərliyinin birgə səyi sayəsində yarmarka çərçivəsində toplanan vəsaitlə ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərini tam şəkildə qarşıladıq.

Bu mövsümdə ümumilikdə 546.967 AZN vəsait toplanmışdır. Gələcək paylaşımlarımızda dəstək göstərilən uşaqlar və onların müvafiq sənədləri barədə ətraflı məlumatı sizlərlə bölüşəcəyik.

Bu yolda yanımızda olan bütün təşkilatlara və fərdi dəstəkçilərə dərin təşəkkürümüzü bildiririk. Birlikdə daha çox uşağa ümid olmağa davam edəcəyik.