2021-ci il dekabrın 1-dən 2022-ci il yanvarın 15-dək Fəvvarələr meydanında ənənəvi "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası keçirildi. “Nargis” Fondu qürur hissi ilə yarmarkanın hesabatını diqqətinizə çatdırır. Yarmarka sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımlar və yarmarkada evlərin satışı nəticəsində müalicə və əməliyyat xərcləri tam qarşılanmış ağır xəstəliklərdən əziyyət çəkən uşaqların siyahısını təqdim edilir:
- Ruhid Mehrəliyev (10 yaş) – beta talassemiya;
- Teya Məmmədova (9 yaş) – beta talassemiya;
- Xəqan Qubadov (11 yaş) – limfoblast leykoz;
- Emil Bağırov (3 yaş) – beta talassemiya;
- İ.T. (ailənin xahişi ilə adı qeyd edilmir) – böyrək köçürülməsi;
- Yusif Məmmədov (7 yaş) – Guillian-Barre sindromu;
- Fərman Qocayev (6 yaş) – sümük xərçəngi;
- Mehdi Səmədli (2 yaş) – beta talassemiya.
Hər bir uşağın sənədi və şəkli hesabata əlavə edilir. Həmçinin yaxın zamanda ayrı-ayrılıqda hər bir uşaq haqqında daha ətraflı məlumat Fond tərəfindən təqdim olunacaq. Uşaqların müalicə və əməliyyat xərcləri 706 100 AZN təşkil etdi.
“Nargis” Fondu dəstək olmuş hər bir kəsə və hər bir quruma dərin minnətdarlığını bildirir. Qoy bütün uşaqlar sağlam böyüsün!