Dekabrın 1-də Fəvvarələr Meydanında artıq yeni il ənənəsi halına gələn "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının açılışı baş tutdu. Yarmarkanı bəzəyən əlvan işıqlar, gözəl musiqi və “evciklərdən” gələn müxtəlif aromalar şəhərimizin sakinlərini özünə cəlb etdi. Bundan əlavə, burada sevdikləriniz üçün hədiyyələr əldə etmək, yaxınlarınızla görüşmək və xoş zaman keçirtmək mümkündür! Yarmarkanın qonaqları xoş sözlərini və yeni il arzularını dilə gətirmədən ötmədilər. Həmin anların videosunu təqdim edirik!