Əziz dostlar! Daha öncə bildirdiyimiz kimi “Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2022 xeyriyyə yarmarkasının sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımlar və yarmarkada evlərin satışı nəticəsində ağır xəstəlikdən əziyyət çəkən on bir uşağın müalicə və əməliyyat xərcləri qarşılandı. Uşaqların müalicə və əməliyyat xərcləri 330 200 AZN təşkil etdi. Postu sola çevirərək hər bir uşaq haqqında ətraflı məlumat və hesab faktura ilə tanış ola bilərsiniz. Qoy bütün uşaqlar sağlam olsun!