Yarmarkalar 03/02/26

"Torpaq Əlimdə, Bahar Ürəyimdə" 2026 - ərizə qəbulu

Əziz dostlar!

Sevinclə bildiririk ki, “Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2026 xeyriyyə yarmarkasında iştirak üçün müraciətlərin qəbulu açıqdır!

Bu yarmarkada iştirak etməklə baharın gözəlliyini paylaşacaq, eyni zamanda ehtiyacı olan xəstə uşaqların müalicəsinə töhfə vermiş olacaqsınız. Yarmarka evlərinin icarəsindən əldə edilən vəsait bu xeyirxah məqsədə yönəldiləcək.

Yarmarka 13 mart – 13 aprel 2026-cı il tarixlərində Fəvvarələr Meydanında baş tutacaq.

İştirak üçün müraciət və ətraflı məlumat almaq məqsədilə aşağıdakı əlaqə nömrələri ilə bizimlə əlaqə saxlaya bilərsiniz:
+994 (12) 404 23 03
+994 (50) 203 00 65

Sizin iştirakınız — yaxşılığa atılan dəyərli bir addımdır!