Yarmarkalar 19/03/26

Uşaq evinin sakinləri yarmarkada

17 mart tarixində “Nargis” Fondu tərəfindən 11 saylı inteqrasiya tipli internat məktəbinin balacaları üçün xüsusi bir gün təşkil olundu.

Uşaqlar əvvəlcə “Torpaq Əlimdə, Bahar Ürəyimdə” yarmarkasını ziyarət etdilər. Burada @tasteoffriendship.az və @chocolatier.baku uşaqlara sevinc bəxş edərək onlara hədiyyələr təqdim etdilər. Həmçinin, uşaqların “Xoxan”, “Labirint” və "Vortex"evlərində əyləncəli vaxt keçirmələri üçün şərait yaradan Vüqar bəyə xüsusi minnətdarlığımızı bildiririk!

Daha sonra uşaqlar @fryday.baku -də dadlı yeməklərin dadını çıxardılar.

Uşaqların rahat və təhlükəsiz şəkildə daşınmasına göstərdiyi nəqliyyat dəstəyinə görə @bakubus_official təşəkkür edirik.

Birlikdə sevinc paylaşmaq və balaca qəlblərə toxunmaq bizim ən böyük məqsədimizdir!