1 may “YayLand Fest” xeyriyyə yarmarkası fəxri qonaqlarını – şəhidlərimizin övladlarını qarşıladı. Burada uşaqlar «Nargis» Fondunun təsisçisi Ülviyyə Mahmud ilə birlikdə bol əyləndi və eyni zamanda @mars_academy komandası onlar üçün xüsusi robotexnika üzrə master-klass keçirdi.
Balaca qonaqlarımıza sevinc dolu anlar yaşadan və bizə dəstək olan «Çinar restaurant», «McDonald’s», «Azerçay», «Zebra Coffee», «Rəmzioğlu», «XırtaXırt», «Holland Fries», «İlğım», «Qadanalaram», «LokmaYe», «Tavuk Plove», «Chocolatier», «BoomBalamBuz», «Anadolu Universiteti Azərbaycan Proqramları», «Domik» brendlərinə dərin minnətdarlığımızı bildiririk!
Onlar şəhidlərimizin əmanətidir, onların sevinci bizim xoşbəxtliyimizdir!