Xəbərlər 01/06/21

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Dostlar! Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Nargis jurnalı və Nargis Fund Reinteqrasiya mərkəzindəki uşaqları ziyarət edib. Uşaqlarla söhbət etdik, onlara oyuncaqlar hədiyyə etdik və onlardan individual hədiyyə olaraq nə arzuladıqlarının rəsmini çəkmələrini istədik. Uşaqlar böyük həvəslə öz arzularını çəkməyə başladılar. Bu gün biz həmin rəsmləri paylaşacağıq və hər kəs bizimlə əlaqə yaradaraq bu mələklərin arzusunu gerçəkləşdirə bilər. Bizimlə qalın və yenilikləri izləyin!
“Nargis” Fondu bütün uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edir. Siz bizim ən böyük motivasiya və ilham mənbəyimizsiniz! Arzu edirik ki, dünyada hər bir uşaq xoşbəxt, ən əsası isə sağlam olsun!