Xəbərlər 27/03/24

2 saylı internat məktəbinin sakinləri ilə birlikdə unudulmaz xatirələr dolu bir gün

Bu yaxınlarda «Nargis» fondun komandası Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı internat məktəbinin sakinləri ilə birlikdə unudulmaz xatirələr dolu bir gün keçirtdi! Uşaqlarla böyük ekranda möhtəşəm cizgi filmini izləmək üçün @cinemastercardaz - a yollandıq. Onlar əllərində popkorn, gözəl əhval-ruhiyyə ilə filmi böyük maraqla izlədilər.
Günün davamında dadlı nahar üçün birlikdə yollandıq @pizza_mizza - ya. Uşaqları məkanda ilk qarşılayan yenicə sobadan çıxmış ləzzətli pizzaların ətri oldu.

Balaca dostlarımıza sevinc, gülüş və xoş anlar bağışlayan @cinemastercardaz@pizza_mizza -ya dərin minnətdarlığımızı bildiririk!

Eyni zamanda, “Nargis” fondu tədbirin təşkilində bizə hər zaman dəstək olan “BakuBus” MMC-yə öz təşəkkürünü bildirir!