Xəbərlər 20/12/22

2 saylı internat məktəbinin sakinləri ilə xoşbəxtlik və sevinc dolu bir gün!

Dekabrın 20-də Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı internat məktəbinin sakinləri @ferma_art_ - da xoşbəxtlik və sevinc dolu bir gün keçirdilər. Tədbir zamanı @mrwhite_oleq tərəfindən təşkil olunan maraqlı və maarifləndirici şou-proqram balaca dostlarımızın gününü daha da unudulmaz etdi.
«The Entertainer», «Vyana şokolad evi», «Avon», «Marina Baby», «Ramzioglu», «XırtaXırt» tərəfindən təqdim edilən yeni il hədiyyələri və dadlı təamlar uşaqlar üçün bu günü daha da yaddaqalan etdi. Günün davamında balaca qonaqlarımız “Soyuq əllər, isti ürək” yarmarkasına yollandılar, harada ki onlar möhtəşəm «Coca-Cola» evində sevimli Şaxta Baba ilə qarşılaşdılar.
Nargis” fondu tədbirin təşkilində bizə hər zaman dəstək olan “BakuBus” MMC-yə və bütün iştirakçılarımıza dərin minnətdarlığını bildirir!