Xəbərlər 18/05/23

Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəb şagirdləri «YayLand Fest» xeyriyyə yarmarkasının qonaqları oldu!

18 may Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəb şagirdləri «YayLand Fest» xeyriyyə yarmarkasının qonaqları oldu! Aprel ayında Balaxanıda təşkil etdiyimiz iftar süfrəsi layihəsi boyunca yerli uşaqlarla yaxından tanış olduq, onlarla dostlaşdıq və söz verdik ki, onları mütləq yarmarkaya qonaq gətirəcəyik. Və budur!
Uşaqlarla bol əyləndik, oynadıq və xatirələrlə dolu bir gün keçirtdik!
Tədbir zamanı @mrwhite_oleq tərəfindən təşkil olunan maraqlı və maarifləndirici şou-proqram balaca dostlarımızın gününü daha da unudulmaz etdi!
Qonaqlarımıza sevinc dolu anlar yaşadan və bizə dəstək olan «Vyana Şokolad Evi», «XırtaXırt», «BoomBalamBuz», «Azerçay», «PəmPəm», «Pizza Mizza», «Cosmodon»,«Birria», «Chocolatier», «Chinar» brendlərinə dərin minnətdarlığımızı bildiririk!
Nargis” fondu tədbirin təşkilində bizə hər zaman dəstək olan “BakuBus” MMC-yə və bütün iştirakçılarımıza dərin minnətdarlığını bildirir!