1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində “Nargis Fund” 4 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib. Mərkəz bir il əvvəl Fond tərəfindən təmir olunub, burada uşaqlar üçün hər cür şərait yaradılıb. Bayram münasibətilə Sanatoriyada müalicə alan balacalara “Leylək” pampersləri, “McDonalds Azerbaijan” şirkətindən dadlı təamlar, “Purple Cake”dən şirniyyatlar, həmçinin “Nargis Fund” adından müxtəlif hədiyyələr təqdim olunub. Bu xeyirxah işdə bizə yardım edən və uşaqların üzünü güldürən bütün sponsorlara dərin minnətdarlığımızı bildiririk!