Xəbərlər 29/12/22

Azərbaycanda sığınacaq tapmış qaçqın uşaqlar üçün Yeni İl şənliyi

Dekabrın 29-u @paulaner_brauhaus_baku-da dünyanın müxtəlif yerlərindən (Əfqanıstan, Pakistan, Cənubi Afrika, İran, Suriya, Ukrayna) Azərbaycanda sığınacaq tapmış qaçqın uşaqlar üçün Yeni İl şənliyi keçirildi. Daha öncə uşaqlar tərəfindən Şaxta babaya yazılmış məktublar @paulaner_brauhaus_baku restoranında qurulmuş şam ağacını bəzədi. Ötən ay ərzində restoranın ziyarətçiləri bu məktubları alaraq uşaqların arzularını reallaşdırdı. Bir çox uşaq üçün bu, ilk Yeni il şənliyi idi, onlar ilk dəfə Şaxta Babanı gördülər, ilk dəfə hər birinə özəl alınmış yeni il hədiyyəsini açmaq həyacanını yaşadılar.
Bu layihənin həyata keçirilməsində @paulaner_brauhaus_bakurestoranın komandasına dərin minnətdarlığımızı bildiririk!
Şaxta Baba rolunu mükəmməl ifa etmiş @singer.samirhuseynov , həmçinin uşaqları daima sevindirən @anar_magic təşəkkürümüzü bildiririk!
Eyni zanda, bizə hər zaman dəstək olan “BakuBus” MMC-yə təşəkkür edirik!

Qeyd etmək istərdik ki, “Azərbaycan Uşaqları” İctimai Birliyi-Uşaq Siğinacağı Reinteqrasiya Mərkəzindən uşaqlar üçün də hədiyyələr alınmışdır. Təəssüf ki, sığınacaqda qrip epidemiyasının yayılması səbəbilə uşaqlar bu şənliyə qatıla bilmədilər, lakin bütün alınan hədiyyələr tezliklə məktub yazmış hər bir uşağa çatdırılacaq!