Ötən həftə, “Mediline Group Assitance" şirkətinin təşkilatçılığı ilə “Nargis” fond tərəfindən əməliyyat edilən uşaqlara yerləşdirilmiş implant cihazlarının Bakıda texniki baxışı və tənzimlənməsi həyata keçirildi. “Cochlear” şirkətindən xüsusi dəvət olunan mütəxəssis heyəti körpələrin eşitmə cihazlarını yoxladılar və onların eşitmə irəliləyişlərini qeydə aldılar. Yoxlanışın sonunda türkiyəli mütəxəssislər əməliyyat olunan uşaqların valideynlərinin suallarına cavab verdilər. Bir daha əməliyyatların həyata keçirilməsində göstərdiyi köməyə görə xeyirxah şəxslərə dərin minnətdarlığımızı bildiririk! Həmin anları sizə təqdim edirik.