“Nargis” Fund x CHELEBI xeyriyyə təşəbbüsü – HESABAT
15 mart – 15 aprel tarixləri arasında “Torpaq Əlimdə, Bahar Ürəyimdə” Novruz yarmarkası çərçivəsində həyata keçirilən @chelebi.room ilə xeyriyyə kampaniyamız uğurla başa çatdı.
Bu təşəbbüs nəticəsində 4.919,86 AZN məbləğində vəsait toplanaraq sağlamlıq problemləri ilə mübarizə aparan uşaqlara dəstək məqsədilə “Nargis” fonduna yönləndirildi.
Bir daha bu kampaniyaya qoşulan hər kəsə təşəkkür edirik. Birlikdə daha güclüyük!