Xəbərlər 02/10/25

«Nargis» Fondu InMerge-də!

29–30 sentyabr tarixlərində baş tutan INMERGE Innovasiya Sammitindən fotohesabatı təqdim edirik.

Tədbir boyu iştirakçılar innovasiya sahəsində ən son yeniliklərlə tanış olmaqla yanaşı, yaradılan rahat mühitdə vaxt keçirmək imkanı qazandılar. "Nargis" Fondu tərəfindən təşkil edilən yemək və istirahət zonası ziyarətçilərə müxtəlif dadlı təamların dadına baxmaq, isti içkilərlə enerji toplamaq və səmimi atmosferdə istirahət etmək imkanı verdi.

Beləliklə, INMERGE Innovasiya Sammiti yalnız müzakirələr və təqdimatlarla deyil, həm də xoş istirahət imkanları ilə yadda qaldı.