Dekabrın 11-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbinin 39 sakini “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasını ziyarət ediblər. Bayram şənliyində uşaqlara “Fresh Catering” şirkətindən dadlı təamlar və “Megafun”dan şarlar təqdim olunub. Tədbir maraqlı şou-proqram ilə davam edib.