27 dekabr tarixində layihə çərçivəsində çəkilmiş ilk filmin premyera nümayişi Nizami Kino Mərkəzində keçirildi. “Sana sarılmayı o kadar isterdim ki” adlandırılan qısametrajlı film Moskva və İzmir şəhərlərində keçirilən Beynəlxalq Qısametrajlı Film Festivallarının finalçısıdır. Filmdə istifadə olunan dialoqlar böyük mütəfəkkirlər və yazıçıların kəlamlarına əsaslanır. Nümayiş filmin ssenari müəllifi və baş rolu canlandıran Könül Nağıyevanın açılış nitqi ilə başladı. Gecənin qonaqları yerli və xarici şirkətlərin, dövlət qurumları, media, mədəniyyət və incəsənət nümayəndələri, xarici dövlətlərin diplomatik missiyalarının rəhbərləri və diglərləri oldular.
Tədbirin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə dərin minnətdarlığımızı bildiririk!