Uğur neonatal hiatus yırtığı (diafraqmanın qida borusu dəliyinin yırtığı) ilə dünyaya gəldi. Körpənin yaşaması üçün ona təcili əməliyyatın olunması tələb olunurdu. Əməliyyatın qiyməti 8 000 AZN təşkil edirdi, ailənin isə bu məbləği qarşılamağa maddi imkanı çatmırdı və ailə “Nargis” Fonduna müraciət etdi. Tələb olunan məbləğ Səbinə Rəhimova tərəfindən qarşılandı. Əməliyyat uğurlu keçdi. “Nargis” Fondu və ailənin adından yeni doğulmuş körpəyə dəstəyini əsirgəməyən Səbinə Rəhimovaya dərin minnatdarlığını bildiririk!