"Soyuq Əllər, İsti Ürək" yarmarkası sona çatdı. Bir ay ərzində o, "Nargis" fondunun rəhbərliyi altında şəhərimizin sakinləri və qonaqlarına sevinc və bayram ab-havasını bəxş edirdi.
Xeyriyyə layihəsinin bitdiyindən sonra "Nargis" fondunun təsisçisi və "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova layihənin bütün iştirakçılarına öz dərin minnətdarlığını bildirdi.
"Hörmətli sponsorlar, yarmarkanın iştirakçıları, könüllülər və "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkamızın "Biz - mələklər" şüarı altında keçirilməsinə səy göstərən hər kəs!"
"Nargis" fondu adından hər birinizi verdiyiniz töhfə və gördüyünüz işlərə görə dərin minnətdarlığımı bildirirəm!
Bizim baş sponsorumuz və tədbirin təşkilatçısı "Amapola Exclusive Events" qısa zaman ərzində yerli və xarici ulduzların iştirakı ilə parlaq, gözəl, şən yarmarka ərsəyə gətirməklə bir ay müddətində əsl Yeni il ab-havası, uşaqlar və böyüklər üçün əyləncəvi proqram yaratdı.
Kiçik qonaqlarımızı dadlı təamlarla təmin etdiyinə görə sponsorumuz "Fresh Catering" şirkətinə təşəkkür edirik! Xeyriyyə layihəsinin həyata keçirilməsində göstərdiyi kömək və dəstəyə görə sponsorlarımız "AzərTürkBank", "Azərişıq", Bakı şəhərinin İcra Hakimiyyəti, "Bakı Abadlıq Xidməti", "Pasha Security" və "Ambassade de la Beaute" öz dərin minnətdarlığımızı bildiririk!
Ayrıca olaraq bir ay ərzində göstərdikləri gözəl işə, yarmarkanın qonaqlarına da ötürdükləri pozitiv enerji, entuziazma görə yarmarkamızın könüllülərinə təşəkkür edirik! Bütün iştirakçılara - bayram pavilyonlarının, stendlərin və restoranlarının icarəçilərinə yarmarkanın ərazisini bəzədiyinə və uşaqlara xeyriyyə üçün etdikləri bağışlamalara görə dərin minnətdarlığımızı bildiririk! Kiçik mələklərimizlə bölüşdükləri təamlara və hədiyyələrə görə təşəkkür edirik! Layihəmizi işıqlandıran ulduzlarımız və media nümayəndələrinə təşəkkürümüzü bildiririk!
Yarmarka ərzində toplanmış bütün vəsaitlər sayəsində biz 14 uşaq evi və internatı əhatə edə, 1500 nəfərə yaxın uşağa "Procter & Gamble", "Entertainer" və "Park Cinema"-dan hədiyyələr və əyləncə ilə zəngin Yeni il bayramı hədiyyə edə bildik!
Çox sağ olun, əziz mələklərimiz, çünki məhz yarmarka ərzində toplanmış vəsaitlər sayəsində biz bir çox uşağa kömək əlimizi uzada və sağalda bilərik! Bizim sosial şəbəkələrimizdə xeyriyyə üçün toplanmış vəsaitlərin hara xərclənəcəyini izləyə bilərsiniz. Yeni 2016-cı ildə layihənin hər bir iştirakçısı Yeni il ərəfəsində nə qədər gözəl və möcüzə dolu əməllər etdiyini tam həcmdə hiss edəcək!
Hörmət və sevgi ilə,