Xəbərlər 01/06/24

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Nargis” Fondu autizm sindromlu uşaqlara sevinc bəxş etdi!

Uşaqlar, dünyanın ən böyük səadətidir!

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Nargis” Fondun komandası “Birgə və Sağlam” İctimai Birliyinin autizmli uşaqlarına sevinc bəxş etdi!
Bu möhtəşəm gündə dostlarımızla birlikdə, mənzərəli dağların və yaşıl otlaqların arasında yerləşən «Alpaka Ferması» - na yollandıq.
Alpakalarla keçirilən vaxt uşaqlara yeni və xoş təəssüratlar qazandırdı!
Günün davamında birlikdə restorana yollandıq, orada dadlı nahar etdik və səfalı abu-havada vaxt keçirdik.

Balaca dostlarımıza sevinc dolu anlar yaşadan və bizə dəstək olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və “Azərbaycan Sənaye Korporasiyası» ASC-ya dərin minnətdarlığımızı bildiririk!

Eyni zamanda tədbirin təşkilində bizə hər zaman dəstək olan “BakuBus” MMC-yə və «Alpaka Ferması» təşəkkürümüzü bildiririk!

Əziz uşaqlar! Həyatınızın hər gününün sizə bayram olması diləyi ilə,

Sizin «Nargis» Fond