Üç gün – üç unudulmaz təcrübə!
Bu yay @europeanazerbaijanschool və @rids.az ilə birgə təşkil etdiyimiz İT düşərgəsində 3 Saylı Uşaq evinin sakinləri ilə birlikdə həm öyrəndik, həm əyləndik.
1-ci gün: Uşaqlar veb saytın nə olduğunu, necə qurulduğunu öyrəndilər, dizayn və strukturla tanış oldular.
2-ci gün: Fikir və ideyalarını kağız üzərində vizuallaşdırdılar. İngilis dili dərsi onlara həm dil biliyi, həm də özünəinam qazandırdı.
3-cü gün: Layihələrini münsiflər qarşısında təqdim etdilər. Sonda sertifikatlar və sponsorlardan hədiyyələrlə tədbir yekunlaşdı.
Bu təşəbbüs göstərdi ki, uşaqlara düzgün fürsət verildikdə, onlar bacarıqlarını tam ortaya qoya bilirlər.
Dəstəyə görə @europeanazerbaijanschool , @rids.az və nəqliyyata görə @bakubus_official -a təşəkkürlər!