Yarmarkalar 08/12/21

Xeyriyyə konserti və yarmarka

Böyük fərəh hissi ilə bildiririk ki, Macarıstanın Azərbaycandakı səfirliyinin “Nargis” Fondu və Jurnalı ilə birgə Yeni il bayramı ərəfəsində keçirdiyi xeyriyyə konserti və yarmarkası yenidən təşkil olunacaq!
Xeyriyyə tədbiri artıq ənənəvi şəkildə 15 dekabr tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının xalq artisti, Beynəlxalq Muğam mərkəzinin direktoru, pianoçu Murad Hüseynov səhnəni dünyaca məşhur Pál István Band və Macarıstan Dövlət Xalq Ansamblı ilə paylaşacaq.


Tamaşaçıları iki dost ölkənin rəngarəng mədəniyyətlərinin ahəngi, keyfiyyətli musiqi, rəqslər və əsl Milad və Yeni il ab-havası gözləyir. Ən önəmlisi isə, tədbir xeyriyyə məqsədi daşıyır və əldə olunan bütün gəlir Elmi–Тədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Müalicə Mərkəzinə yönləndiriləcəkdir.
Gəlin, sizi möhtəşəm proqram və əhval-ruhiyyə gözləyir! Biletləri şəhərimizin kassalarından və iTicket.az saytından əldə edə bilərsiniz.