Xəbərlər 26/02/20

Xocalı Soyqırımı

28 il öncə fevralın 25-dən 26-a keçən gecə Azərbaycan xalqının tarixinə Xocalı faciəsi kimi daxil olmuşdur. Xalqımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Bəşəriyyətə qarşı yönəlmiş bu faciənin canlı şahidlərindən biri Xocalı sakini-Zəminə Nəsibovadır. Xocalı soyqırımı zamanı eşitmə qabiliyyətini itirən və illərlə övladlarının səsini eşitməyə möhtac qalan Zəminə xanım və anasının acı xatirələrini sizlərlə bölüşürük. “Nargis” Fund olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə anır, Allahdan onlara rəhmət diləyirik!