Dekabrın 30-da “Nargis” xeyriyyə fondunun əməkdaşları “Asan Xidmət” mərkəzinin komandası ilə birgə Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzində olublar. Mərkəzin sakinlərinə “Asan məktub” aksiyası çərçivəsində hədiyyələr, eləcə də Fond tərəfindən paltaryuyan maşın təqdim olunub. Bu xeyriyyə layihəsinə dəstək göstərən bütün şəxslərə öz təşəkkürümüzü bildiririk!