Xəbərlər 25/05/23

2 saylı internat məktəbinin sakinləri «YayLand Fest» xeyriyyə yarmarkasının qonaqları oldu!

25 may Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı internat məktəbinin sakinləri «YayLand Fest» xeyriyyə yarmarkasının qonaqları oldu!
Yarmarkada balaca dostlarımız ilə doyunca əyləndik və unudulmaz vaxt keçirdik!

«XırtaXırt», «Vyana şokolad evi», «Milla», «Coffee’NJoy», «BoomBalamBuz», «Zebra Coffee», «Pizza Mizza», «Ləzzət», «Yumosh» tərəfindən təqdim edilən sürprizlər və dadlı təamlar uşaqlar üçün bu günü daha da yaddaqalan etdi!

“Nargis” fondu tədbirin təşkilində bizə hər zaman dəstək olan “BakuBus” MMC-yə və bütün iştirakçılarımıza dərin minnətdarlığını bildirir!