Zəfər Günü – şanlı tariximiz, igid əsgər və zabitlərimizin qəhrəmanlıq dastanıdır. O qəhrəmanlar ki, Qarabağdan bizə salam gətirdilər. O qəhrəmanlar ki, bizi Şuşamıza qovuşdurdular. O qəhrəmanlar ki, bizə bu sevinci yaşatmaq üçün arzularından,həyatlarından, özlərindən keçdilər...
Əzimli ordumuz və həmin igidlər sırasında dayanan qəhrəmanımız Polad Rzayev-Murovdağdan Qubadlıya qədər döyüş yolu keçərək, torpaqlarımızı azad etdilər və xalqımıza qalibiyyət sevincini yaşatdılar. “Nargis” Fondu olaraq, onun simasında bütün Poladların və şanlı ordumuza xidmət edən igidlərimizin qəhrəmanlıq hekayəsini sizə çatdırırıq.
Bugün və hər gün bütün qəhrəmanlarımızın qarşısında dərin ehtiramla baş əyirik!
Çəkiliş : @var.yox