Böyrək 15/01/22

İ.T.

Əziz dostlar! Daha öncə bildirdiyimiz kimi “Soyuq Əllər, İsti Ürək” 2021/2022 xeyriyyə yarmarkasının sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımlar və yarmarkada evlərin satışı nəticəsində ağır xəstəlikdən əziyyət çəkən səkkiz uşağın müalicə və əməliyyat xərcləri qarşılandı. 23 yaşlı İ.T. ailəsi fondumuza müraciət etdiyi zaman təcili olaraq böyrək köçürülməsi əməliyyatına ehtiyac duyurdu. Müalicə və əməliyyatın toplam məbləği 21 000 ABŞ dolları təşkil etdi. Əməliyyat uğurla icra olundu və İ.T. vəziyyəti qənaətbəxşdir. Maddi cəhətdən əməliyyat xərclərini qarşılamağa çətinlik çəkən ailəyə “Nargis” fondu yardım göstərdi. Əməliyyatın həyata keçirilməsində göstərdiyi mühüm dəstəyə görə bütün xeyirxah şəxslərə və “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının sponsorlarına, o cümlədən İ.T. və ailəsini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!