Əziz dostlar! Daha öncə bildirdiyimiz kimi “Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2022 xeyriyyə yarmarkasının sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımlar və yarmarkada evlərin satışı nəticəsində ağır xəstəlikdən əziyyət çəkən on bir uşağın müalicə və əməliyyat xərcləri qarşılandı. Həmin uşaqlardan biri böyrək infeksiyasından əziyyət çəkən 16 yaşlı Nəzrin Məmmədzadədir. Nəzrinin Türkiyənin Hacettepe Üniversiteti Xəstəxanasında müayinə və mualicəsi üçün “Nargis” Fondu tərəfindən 2 000 AZN məbləğində vəsait ayrılıb.
Nəzrinə şəfalar diləyir, eyni zamanda bütün xeyirxah şəxslərə və “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkasının sponsorlarına, o cümlədən Nəzrini və ailəsini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!