Nefrotik sindromlu 12 yaşlı Rüfət Fərəyevin ailəsi fondumuza yardım üçün müraciət etmişdir. Hacettepe xəstəxanasında artıq 1 aydır həkimlərin nəzarəti altında olan Rüfətin müalicəsinin davamı üçün tələb olunan vəsait- 1000$-“Nargis” fond tərəfindən qarşılanmışdır. Qeyd etmək istərdik ki, onun bərpa müalicəsi uğurla keçir.