Əziz dostlar,
“Soyuq Əllər, İsti Ürək” 2025-2026 xeyriyyə yarmarkası çərçivəsində dəstək alan uşaqlardan biri də 1 yaşlı Ayan Əsədzadə olmuşdur.
Ayan piloid astositoma diaqnozu ilə qarşı-qarşıya idi və müalicəsi üçün dərmanlara ehtiyac vardı. Xeyirxah insanların, tərəfdaşlarımızın və dəstəkçilərimizin birgə səyi sayəsində tələb olunan 3.400 AZN toplanmış, dərmanlar təmin olunmuş və müalicəsinə başlanmışdır.
Bu xeyirxah işdə əməyi keçən bütün sponsorlarımıza, tərəfdaşlarımıza və yardımsevər insanlara dərin təşəkkürümüzü bildiririk. Birlikdə daha çox uşağa və ailəyə ümid olmağa davam edəcəyik.



