Əziz dostlar! Daha öncə bildirdiyimiz kimi “Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2024 xeyriyyə yarmarkasının sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımlar və yarmarkada evlərin satışı nəticəsində ağır xəstəlikdən əziyyət çəkən altı uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.
Həmin uşaqlardan biri kəskin qaraciyər çatışmazlığından əziyyət çəkən 1 yaşlı Yusif Cəbrayılovdur.
Balaca Yusifin ailəsi əməliyyatın həyata keçirilməsi üçün “Nargis” Fonduna müraciət etmişdir.
Bir müddət öncə «Nargis» Fondun dəstəyi ilə Yusif Türkiyənin qabaqcıl klinikalarının birinə göndərildi. Lakin müayinələrdən sonra keçirilən konsilium qərarına əsasən Yusifin əməliyyata ehtiyacı olmadığını və preparat yardımı ilə həyata davam edə biləcəyini təsdiq etdilər. Bu səbəbdən, fondumuz onun 3 aylıq dərman preparatları ilə təmin etdi.
Dərman preparatların qiyməti - 4.786 AZN təşkil etdi.
Həmin məbləğ ”Torpaq Əlimdə, Bahar Ürəyimdə” yarmarkasının sponsorlarının, mesenatların, yığımlar və yarmarkadakı evlərin kirayəsi nəticəsində toplandı.
Yusifə şəfalar diləyir, o cümlədən Yusifi və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə @turkishairlines “Türk Hava Yolları” - na dərin minnətdarlığımızı bildiririk!