Yusif Cəbrayılov

Əziz dostlar!

“Soyuq Əllər, İsti Ürək” 2025–2026 xeyriyyə yarmarkası mövsümündə növbəti dəstək göstərilən şəxsi sizə təqdim edirik. Fondumuzun rəhbərliyi, sponsorlarımızın dəstəyi və yarmarka evlərinin icarəsindən əldə olunan gəlirlər sayəsində bu mövsüm də ehtiyacı olan insanlara yardım göstərmək mümkün oldu.

Dəstək göstərilən növbəti şəxs Yusif Cəbrayılov olmuşdur. Kəskin qaraciyər çatışmazlığından əziyyət çəkən körpə Yusif üçün tələb olunan 1.500 AZN məbləğində vəsait xeyirxah insanların və tərəfdaşlarımızın dəstəyi ilə toplanaraq onun müalicəsinə yönləndirildi.

Bu nəcib işdə əməyi keçən bütün sponsorlarımıza, tərəfdaşlarımıza və dəstəkçilərimizə səmimi təşəkkürümüzü bildiririk. Birlikdə daha çox ailəyə ümid olmağa davam edəcəyik.