"Nargis" fondu ağır eşitmə qüsurundan əziyyət çəkən Artyom Medvedevin müalicəsi və əməliyyatı ilə bağlı yaranan bütün xərcləri öz üzərinə götürüb. 2016-cı ildə İstanbulun Koxlear eşitmə mərkəzində daxili qulağın protezləşdirilməsi vasitəsi ilə Artyom ilk dəfə eşidə bilib və ona xüsusi implantat taxılıb. 2017-ci ilin aprel ayında Artyom Medvedev anası və "Nargis" fondunun əməliyyat meneceri Nərmin Əliyeva ilə birgə təkrar müayinə üçün yenidən Türkiyədə olub. "Nargis" fondu uçuşların həyata keçirilməsində göstərdiyi köməyə görə “Azərbaycan Hava Yolları” QSC-yə və "Famax" tibbi turizm şirkətinə dərin minnətdarlığını bildirir!