Ötən aylarda ağır eşitmə qüsurundan əziyyət çəkən Dəniz Qəmbərli Türkiyənin qabaqcıl klinikalarından birində koklear implantasiya əməliyyatı edilmişdi. “Mediline” Group Assitance şirkətinin təşkilatı ilə fond tərəfindən əməliyyat edilən Dənizin Bakıda müayinəsi keçirilib. “Cochlear” şirkətindən xüsusən dəvət olunan mütəxəssis heyəti tərəfindən körpələrin qulaqlarına eşitmə cihazlarının taxılması prosesi Bakıda həyata keçirildi. Əməliyyatın həyata keçirilməsində bizə dəstək olan anonim şəxslərə, eləcə də “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!