2 noyabr tarixində Anadangəlmə eşitmə qüsurlu David İsmayılov “Nargis Fund”ın nümayəndəsi Nərmin Əliyeva ilə birlikdə İstanbula yola düşüb. Türkiyənin qabaqcıl klinikalarından birində körpəyə koxlear implantasiya əməliyyatı ediləcək. Bu əməliyyatların həyata keçirilməsində öz yardımını əsirgəməyən xeyirxah insanlara və adıçəkilən şəxsləri aviabiletlərlə təmin etməklə “Nargis Fund”ın fəaliyyətini daim dəstəkləyən “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk! Bundan başqa, David İsmayılov üçün ianələrin toplanmasında bizə yardımçı olan «Жизнь Камиллы в наших руках» Facebook qrupuna və “Ümid körpüsü” Xeyriyyə İctimai birliyinə təşəkkür edirik!
05.11.2017
Noyabrın 5-də David İsmayılova İstanbulun “Kolan” klinikasında koxlear implantasiya əməliyyatı keçirilib. Körpənin əməliyyatı uğurla başa çatıb. “Nargis Fund” bu əməliyyatın həyata keçirilməsində öz yardımını əsirgəməyən xeyirxah insanlara öz minnətdarlığını bildirir!
30.01.2018
Anadangəlmə eşitmə qüsuru olan David İsmayılovun qulağına İstanbulun aparıcı klinikalarının birində xüsusi eşitmə cihazı taxılıb. Bir müddət sonra David koxlear implantasiya əməliyyatından sonra təkrar müayinələr üçün yenidən Türkiyəyə yola düşəcək. “Nargis Fund” əməliyyat və müayinələrin həyata keçirilməsində yardım edən xeyirxah şəxslərə, o cümlədən “Azərbaycan Hava Yolları” QSC-yə öz minnətdarlığını bildirir.