Koxlear 09/05/17

Əli Rəhimli

“Nargis” Fondunun dəstəyilə anadangəlmə eşitmə qüsuru olan Əli Rəhimlinin üzərində koxlear implantasiya əməliyyatı aparılacaq. O, mayın 18-də Türkiyənin İstanbul şəhərində yerləşən “Kolan” xəstəxanasına yerləşdiriləcək. Əməliyyatın həyata keçirilməsində yardım edən anonim şəxslərə təşəkkürümüzü bildiririk!

18.05.2017
Mayın 18-də “Nargis” Fondunun nümayəndəsi Nərmin Əliyeva eşitmə qüsurlu Əli Rəhimli ilə birlikdə Türkiyənin İstanbul şəhərinə yola düşüblər. Balaca Əli artıq xəstəxanaya yerləşdirilib. Əli üzərində “Kolan” klinikasında koklear implantasiya əməliyyatı aparılacaq. Bütün uşaqların tezliklə sağalıb ayağa qalxmalarını arzulayırıq!

19.05.2017
“Kolan” klinikasında Əli Rəhimli üzərində aparılan koxlear implantasiya əməliyyatı uğurla başa çatıb. Onun vəziyyəti ilə bağlı sizi məlumatlandıracayıq. Əlinin taleyinə biganə qalmayan bütün insanlara təşəkkür edirik!

22.05.2017
Bir neçə gün əvvəl koklear implantasiya əməliyyatı edilən Əli Rəhimli özünü yaxşı hiss edir. Mayın 23-də uşağın qulağında olan sarğı dəyişdiriləcək. Bir ay sonra isə onlar yenidən İstanbulun “Kolan” klinikasına təkrar mayinəyə yollanacaq.

20.06.2017
Bu yaxınlarda koxlear implantasiya əməliyyatı edilən Əli Rəhimli ofisimizdə qonaq oldu. Əməkdaşlarımızla tanışlıqdan sonra ona oyuncaq maşın hədiyyə edildi. İyulun 7-də Əli yenidən İstanbula müayinəyə yola düşəcək və orada onun qulağına eşitmə cihazı taxılacaq. Bundan sonra uşağın nitqinin inkişafa yönəldilən reabilitasiya mərhələsi başlayacaq. Əlinin dünyanı duymasına yardım edən bütün xeyirxah insanlara minnətdarlığımızı bildiririk!

09.08.2017
Bir müddət əvvəl üzərində koklear implantasiya əməliyyatı aparılan Əli Rəhimli İstanbulda müayinə edilib. Müayinə zamanı uşağın qulağına eşitmə aparatı yerləşdirilib. Həyatında ilk dəfə səs eşidən bu balacanın verdiyi reaksiyanı həyəcansız izləmək mümkün deyil.