Məlum olduğu kimi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasından toplanan ianələr ənənəvi olaraq əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara sərf olunur. Həmin uşaqlardan biri anadangəlmə eşitmə qüsuru ilə dünyaya gələn yaş yarımlıq Əli Tağıyevdir. Yaxın zamanda “Nargis Fund”ın dəstəyi ilə Türkiyədə körpənin üzərində koklear implantasiya əməliyyatı aparılacaq. Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə xeyirxah şəxslərə, eləcə də “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!