Artıq bildiyiniz kimi karantin dövründə də xeyriyyəçilərimizin dəstəyi sayəsində müxtəlif xəstəliklərdən əziyyət çəkən bir çox uşaq tərəfimizdən Türkiyəyə göndərildi. Bu dəfəki hesabatımız fondumuza daha öncə müraciət etmiş və ağır eşitmə qüsurundan əziyyət çəkən Mövlan Əlizadə haqqındadır. Keçən ilin fevral ayında azyaşlı Mövlan “Nargis” Fondunun dəstəyi ilə Türkiyənin qabaqcıl klinikalarından birində uğurlu koxlear implantasiya əməliyyatı keçirdi. Növbəti ay isə “Cochlear” şirkətindən xüsusən dəvət olunan mütəxəssis heyəti tərəfindən onun qulağına eşitmə cihazı taxıldı.
“Nargis” Fondu əməliyyat və müayinələrin həyata keçirilməsində yardım edən xeyirxah şəxslərə, o cümlədən uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları”na öz minnətdarlığını bildirir!