04.09.2018 Ağır eşitmə qüsuru diaqnozu qoyulan Nəzrin Əliyeva İstanbulun qabaqcıl klinikalarından birində koklear implantasiya əməliyyatı edilib. Vəziyyəti qənaətbəxşdir, və yaxın zamanda üst cihazı taxılacaqdır.Nəzrin Əliyevanın əməliyyatının həyata keçirilməsində bizə dəstək olan xeyirxah insanlara və “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!
22.10.2018 Türkiyənin qabaqcıl klinikalarından birində koklear implantasiya əməliyyatı edilən Nəzrin Əliyevanın qulağına eşitmə cihazı taxılıb, uşaq özünü yaxşı hiss edir. Əməliyyatın həyata keçirilməsində dəstək olan anonim şəxslər minnətdarlığımızı bildiririk. Balaca Nəzrinin eşitməyə başladığı ilk anların videosunu sizə təqdim edirik.