06.09.2018 Ağır eşitmə qüsuru diaqnozu qoyulan Nur Ağazadə İstanbulun qabaqcıl klinikalarından birində koxlear implantasiya əməliyyatı edilib. Vəziyyəti qənaətbəxşdir, və yaxın zamanda üst cihazı taxılacaqdır. Nur Ağazadənin əməliyyatının həyata keçirilməsində bizə dəstək olan xeyirxah insanlara və “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!
17.10.2018 Türkiyənin qabaqcıl klinikalarından birində koxlear implantasiya əməliyyatı edilən Nur Ağazadənin vəziyyəti qənaətbəxşdir. “Nargis fund” əməliyyatın həyata keçirilməsində yardım edən anonim şəxsə dərin minnətdarlığını bildirir.
19.10.2018 Bir müddət əvvəl koxlear impantasiya əməliyyatı edilən Nur Ağazadənin qulağına eşitmə cihazı taxılıb. Qızcığaz ətrafda baş verənləri duymağa və doğmalarının səsini eşitməyə başladı. Həmin anların videosunu təqdim edirik.