3 yaşlı Turan Ələkbərli anadangəlmə eşitmə qüsurundan əziyyət çəkirdi. Təcili koklear implantasiya əməliyyatına ehtiyacı olan körpə bir müddət öncə “Nargis” fondun dəstəyi ilə İstanbulun qabaqcıl klinikalarından birinə yola düşdü. Əməliyyat uğurla icra olundu və bir ay sonra qulağına xüsusi eşitmə cihazı taxıldı. Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə “Soyuq əllər,isti ürək” xeyriyyə yarmarkasının baş sponsorlarına, “Azərbaycan Hava Yolları” QSC-yə və eləcə də xeyirxah şəxslərə dərin minnətdarlığımızı bildiririk!