Koxlear 04/02/19

Uğur Əsgərov

Əziz dostlar, məlum olduğu kimi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasından toplanan ianələr ənənəvi olaraq əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara sərf olunur. Həmin uşaqlardan biri anadangəlmə eşitmə qüsuru ilə dünyaya gələn 2 yaşlı Uğur Əsgərovdur. “Nargis” fondun dəstəyi ilə Türkiyədə körpənin üzərində koklear implantasiya əməliyyatı aparıldı və bir müddət sonra qulağına xüsusi eşitmə cihazı taxıldı. Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə “Soyuq əllər,isti ürək” xeyriyyə yarmarkasının baş sponsorlarına, “Azərbaycan Hava Yolları” QSC-yə və eləcə də xeyirxah şəxslərə dərin minnətdarlığımızı bildiririk!